Azərbaycanda körpələrin daha çox yoluxduğu XƏSTƏLİKLƏR
15
yan
2018
16:21
Azərbaycanda körpələr arasında rast gəlinən xəstəliklər arasında ilk yerdə tənəffüs üzvlərinin xəstəliyi, ikinci yerdə perinatal dövrdəki xəstəliklər, üçüncü yerdə isə infeksion, anadangəlmə inkişaf qüsurları və digərləridir.BAKU.WS-in məlumatına görə, bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.Onun sözlərinə görə, ölkədə baş verən körpə ölümləri əsasən yenidoğulanlar arasında və perinatal dövrlərdə müşahidə olunur.Son illər əkiz, üçəm və çoxdöllü hamiləliyin sayında artım olduğunu deyən N.Quliyev bunun səbəbini süni mayalanma ilə izah edib:N.Quliyev qeyd edib ki, Azərbaycanda mövsümlə bağlı uşaqlar arasında soyuqdəymə hallarının sayı artıb.O bildirib ki, virusların törətdiyi yoluxmaların törədicilərini aşkar edəndə bunun bir-iki virusun hesabına olmadığı müşahidə edilir: "Çünki burada müxtəlif viruslar olur. Bunlar da nəticə etibarilə uşaqlar arasında yuxarı tənəffüs yollarının iltihabını törədir. Ümumilikdə bu gün ölkədə virusun törətdiyi epidemiya yoxdur".BAKU.WS
Oxşar xəbərlər
Havaların soyuması ilə bağlı valideynlərə xəbərdarlıq
"Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur. Bu o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun...