Bakıda zibillikdən tapılan uşaqla bağlı şad xəbər

Bakıda zibillikdən tapılan uşaqla bağlı şad xəbər
Hadisə 2004

Ötən il dekabr ayının 12-də Bakıda zibillikdə tapılan körpə reanimasiyadan çıxarılaraq yenidoğulanların patologiya şöbəsinə yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev məlumat verib.

N.Quliyevin sözlərinə görə, hazırda körpə reabilitasiya müalicəsi görür: "Şöbədə körpəyə xüsusi diqqət göstərilir, qidalanmasına diqqət edilir ki, çəkisi artsın”.

Baş pediatr əlavə edib ki, körpənin səhhəti tam yaxşı olduqdan sonra o, Körpələr Evinə təhvil veriləcək.

Qeyd edək ki, körpə tapılarkən göbəyi kəsilməmişdi. Eyni zamanda, xəstəxanaya gətirləndə onun kəskin tənəffüs çatışmazlığı olub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda küçədə bir aylıq körpə tapılıb

Bakıda küçədə bir aylıq körpə tapılıb

Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qe...

1180 Hadisə 12:00 19 dekabr 2016

Son xəbərlər