Üçəmlərdən sonuncusunun ölüm səbəbi AÇIQLANDI

Üçəmlərdən sonuncusunun ölüm səbəbi AÇIQLANDI
Hadisə 1790
 

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunda dünən saat 16:10-da dünyasını dəyişən körpənin meyidini 1 saat sonra təşhis üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə təhvil verilib.

Respublikanın baş pediatoru Nəsib Quliyev oxu.az-a deyib ki, 10 gündür ki, körpə institutda müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Körpə bizə 10 gün əvvəl daxil olub, lakin səhhətində problemlər çox olduğu üçün onu həyatda saxlamaq mümkün olmayıb. Bu körpələr vaxtından əvvəl doğulub. Əslində onlar avqustun 8-də dünyaya gəlməli idilər. Adətən belə körpələr ciddi nəzarət altında saxlanılmalı və doğuş üçün ana mərkəzə - Bakıya gətirilməlidir.

Düzdür, Salyanda bu doğuşun həyata keçirilməsi üçün tibbi və texniki personal var, amma risk yüksək olduğu üçün körpələrin həyatını xilas etmək mümkün olmadı. Hazırda araşdırma gedir, nəticələr barəsində məlumat açıqlanacaq", - deyə N.Quliyev bildirib.

Qeyd edək ki, Salyan şəhərinin Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Dünən isə sonuncu üçəm dünyasını dəyişib.

BAKU.WS

Oxşar xəbərlər

Salyanda doğulan üçəmlərdən sonuncusu da öldü

Salyanda doğulan üçəmlərdən sonuncusu da öldü

Salyan rayonunda doğulan üçəmlərdən sonuncusu Bakıda dünyasını dəyişib. BAKU.WS Report-a istinadən məlumat verir ki, bu barədə ölən körpələrin doğmaları məluma...

869 Hadisə 09:57 01 iyul 2016

Son xəbərlər