Salyanda doğulan üçəmlərdən sonuncusu da öldü
01
iyl
2016
09:57
Salyan rayonunda doğulan üçəmlərdən sonuncusu Bakıda dünyasını dəyişib.
BAKU.WS Report-a istinadən məlumat verir ki, bu barədə ölən körpələrin doğmaları məlumat veriblər.
Yaxınlarının bildirdiyinə görə, hazırda Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunda ölən körpənin meyiti Salyana gətirilir.
Qeyd edək ki, Salyan rayon xəstəxanasında işıqların sönməsi nəticəsində küvezdə olan üçəmlərdən ikisi dünyasını dəyişmişdi. Birinin isə vəziyyəti ağır idi.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda xəstəxanada daha bir DƏHŞƏT: Uşaq öldü, həkim qaçdı - VİDEO
Azərbaycanda xəstəxanada daha bir faciəli ölüm hadisəsi baş verib. Zaqatala rayon mərkəzi xəstəxanasında 6 aylıq uşaq həkim səhlənkarlığı ucbatından dünyasını d...