DİQQƏT! Uşaqlar arasında təhlükəli xəstəlik yayılıb

DİQQƏT! Uşaqlar arasında təhlükəli xəstəlik yayılıb
Sosial 3554

 

Hazırda ölkədə yayılan qripəoxşar xəstəliklər uşaqlardan da yan keçmir, amma bu epidemiya xarakterili deyil. Bunu İstiPress-ə ölkənini baş pediatrı Nəsib Quliyev deyib. Onunu sözlərinə görə bu il payız-qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılıb. Mövsümi olaraq xəstələrin sayında artım var, amma ölkədə qrip virusunun, yaxud başqa bir xəstəliyin epidemiyası yoxdur.

Baş pediatr bildirib ki, soyuqdəymə xəstəliklərinə mövsümi olaraq ilin soyuq fəsillərində rast gəlinir və bu da payız-qış mövsümündə bədənin soyuması nəticəsində insan orqanizminin reaktivliyinin azalması ilə əlaqədar olur. N.Quliyev qeyd edib ki, soyuğun təsiri ilə tənəffüs yollarında kəskin respirator xəstəliklər müşahidə olunur: "Xəstəlikləri bakteriyalar və viruslar törədə bilər. Virusların sayı minlərlədir və hər bir virus tərəfindən bu xəstəlik törənəndə 100-dən artıq əlamətləri olur. Payız-qış mövsümündə rast gəlinən xəstəliklərin artmasının səbəbi uşaqların bu aylarda kollektivlərdə daha çox cəmləşməsi ilə bağlıdır. Yayda uşaqlar tətildə olur və nəticədə kütləvilik az olur. Sentyabrdan isə bağçalar, məktəblər açılır və həmin ərazilərdə uşaqların bir-birini yoluxdurması ehtimalı qat-qat artır. Bundan əlavə, temperatur birdən-birə 5-10 dərəcə dəyişirsə, uşaqların geyimi də ona uyğunlaşdırılmalıdır. Bu hallara riayət olunmadıqda soyuqdəymələr baş verir və sonradan günahkar axtarılır".

Valideynlərin uşaqları, xüsusilə körpələri soyuqdan qorumalı olduğunu deyən N.Quliyevin sözlərinə görə, yaz-yay mövsümündə günəş-qum vannasından, dənizdən, meyvə-tərəvəzlərdən daha çox istifadə edilməlidir: "Uşaqlarda xəstələnmə əlamətləri olduğu zaman onları bağçaya, məktəbə buraxmaq olmaz. Onları vaxtında müalicə etmək lazımdır. Çünki xəstə halda bağçaya-məktəbə getmək həm həmin uşaq üçün təhlükə yaradır, həm də digər uşaqları yoluxdurur".

N.Quliyev qeyd edib ki, bu xəstəliklərin qarşısı vaxtında alınmazsa, sonradan ağır və qorxulu fəsadlar-haymorit, ağciyərlərin iltihabı, pnevmaniya baş verə bilər. Bəzən ağır dərəcədə baş-beynin zədələnməsi-meningitlərin inkişaf edə biləcəyini deyən baş pediatr bildirib ki, bu xəstəliklərə məsuliyyətsiz yanaşmaq olmaz: "Böyüklər uşaqları qorumağı bacarmalıdır. Uşaqların sağlamlığının qorunmasında əsas amil valideyn məsuliyyətidir".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər