“Azəryolservis” Hacıbala Abutalıbovla bağlı yaranan qalmaqala aydınlıq gətirdi (RƏSMİ)
Bəzi kütləvi informasiya vasitələrində "Azəryolservis” Hacıbala Abutalıbovu ifşa etdi” adlı xəbər yayılıb.
Həmin xəbərlə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin BAKU.WS-ə verdiyi məlumata görə, verdiyi açıqlama düzgün başa düşülməyib. "Mən orda qeyd etmişəm ki, yolların çəkilişi, təmiri əsasən yaz, yay və payızın ilk aylarında aparılır. Yağışlar yağarkən asfalt-beton döşənməsini həyata keçirmək olmur, yağıntılı günlərdə vurulan asfaltın keyfiyyəti aşağı düşür. Ancaq bu belə başa düşülüb ki,ümumiyyətlə payız-qış mövsümündə asfalt işləri görülmür”, - deyə Anar Nəcəfli bildirib. Qurum rəsmisi bildirib ki, yağıntılı havalardan söhbət gedir. Digər günlərdə, yağıntısız günlərdə isə asfaltın döşənməsində heç bir problem yoxdur: "Sadəcə olaraq payız-qış mövsümündə havaların əsasən yağıntılı keçdiyini nəzərə alsaq, biz işlərimizi əsasən yaz və yay aylarında aparırıq. Ancaq bu o demək deyil ki, payız-qış mövsümündə istər "Azəryolservis" ASC-də, istərsə də yol çəkilişi, təmiri ilə məşğul olan digər qurumlarda işlər dayanır. Xahiş edirəm bu cür xəbərləri verəndə bir az diqqətli olsunlar”. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Nobel prospektində qırmızı asfalt (FOTO, VİDEO)
Paytaxt Bakının yol təsərrüfatında bir müddət bundan öncə yenilik edilmişdi. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, ilk d...