Baş pediatrdan valideynlərə VACİB XƏBƏRDARLIQ – DİQQƏTLİ OLUN!

Baş pediatrdan valideynlərə VACİB XƏBƏRDARLIQ – DİQQƏTLİ OLUN!
Şou-biznes 2852
Son günlər ölkədə uşaqlar arasında bağırsaq infeksiyaları ilə bağlı xəstəxanalara müraciət artıb. BAKU.WS xəbər verir ki, əsas şikayətlər ishal, qusma halları və temperaturun yüksəlməsi ilə bağlıdır. Bu hallar isə uşaqların bədinində suyun azalmasına səbəb olur. Bu isə özü ilə yeni problemlər gətirir. Uşaqların immuniteti zəifləyir. Valideynlər deyir ki, həkimlər qusma və ishal əlamətləri ilə müşahidə edilən bu xəstəliklərin uşaqlar arasında hava-damcı yolu ilə yayıldığını bildirir.Paytaxtın uşaq infeksion xəstəxanalarına gün ərzində daim bu şikayətlərlə müraciətlər daxil olur.Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev “publika.az”a açıqlamasında bildirib ki, yay mövsümündə uşaq xəstəlikləri ilə bağlı ən çox müraciətlər günvurmalar və bağırsaq pozğunluqlarıdır:"Yay mövsümündə qida rasionun geniş və isti mühitdə xarab olmağa meyilli olması bağırsaq pozuntularına "şərait" yaradır. Biz yayda meyvə və tərəvəz bolluğundan istifadə edib uşaqların orqanizmini möhkəmləndirməliyik ki, qışa hazır olsunlar. Digər tərəfdən bu qidalardan baş verən xəstələnmə hallarının da qarşısını almalıyıq. Yayda digər fəsillərdən fərqli olaraq ishal əlamətləri tez-tez müşahidə edilir, bağırsaq infeksiyaları artmağa meyilli olur. Bu da yayda tez xarab olan qidaların qəbulundan baş verir. Bu səbəblərdən uşaqlarda salmonelloz, dezinteriya xəstəliyi, qida toksiki infeksiyaları müşahidə edilə bilər".Baş pediatr hazırda bağırsaq infeksiyası xəstəlikləri ilə bağlı təhlükənin olmadığını deyir:"Uşaqlar yalnız rotavirusa yoluxanda hava damcı infeksiyaları vaxtı mədə-bağırsaq xəstəliyi əlamətləri özünü göstərir. Bu zaman qusma, ishal, qastroenterit əlamətləri müşahidə edilir. Hazırda Azərbaycanda heç bir xəstəliyin epidemiya şəklində, geniş yayılması halları mövcud deyil. Lakin çirkli dəniz suyunu udma və xarab olmuş qida qəbulu ilə əlaqədar müraciətlərlə qarşılaşırıq. Bu da mövsümi göstəricilərə uyğundur. Hazırkı durumda uşaqlarla bağlı mövsümi xəstəliklərdə qorxulu hal olduğunu deyə bilmərik. Lakin tədbirlər görməliyik ki, bu hallar ümumiyyətlə, baş verməsin. Hazırda epidemiay və ya qorxulu xəstəlik əlamətləri yoxdur".Baş pediatr xəbərdarlıq edir ki, gün ərzində nəcis ifrazının sayı 4 dəfədən çox olursa, nəcisin xarakterində patologiya olursa, onun rəngi dəyişirsə, bu, diareya xəstəliyinin əlamətləridir:"Bu zaman mütləq uşaq həkim müayinəsində olmalıdır. İshalın səbəbi müəyyən edilməlidir. Normalda heç bir uşaq qusmamalıdır. Əgər uşaqda qusma varsa və təkrarlanırsa, mütləq həkimə müraciət olunmalıdır. Bu zaman həkim onun qusma və qaytarma sindromu olduğu müəyyən edir və ona uyğun müalicə tədbirləri həyata keçirilir. Həm ishal, həm də qusma uşaq orqanizminin susuzlaşmasına səbəb olur ki, bu da bəzən çox ciddi nəticələr verə bilir. Ona görə də bu əlamətlər müşahidə olunan uşaqlara qarşı həssas davranmaq lazımdır. Bu məsələləri gündəmdə saxlamaqla yanaşı uşaqları qidalandırarkən də diqqətli olmağı tövsiyə edirik. Uşaqların qəbul etdiyi qida onun yaşına uyğun olmaldıır. Əlavə qidalar verərkən həkimlə məsləhətləşməlidirlər. Beş-altı ayı yay aylarına təsadüf edən uşaqlara əlavə qida verilməsini payız aylarına qədər təxirə salmağı məsləhət görürük. Qidaların yay mövsümündə yaşa uyğun verilməsi mütləqdir. Bu halları hər zaman nəzərdə saxlanmalıdır".BAKU.WS

Son xəbərlər