“Aztelekom”a yeni rəhbər təyin edildi

“Aztelekom”a yeni rəhbər təyin edildi
Sosial 1872

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub.

BAKU.WS "APA-Economics”ə istinadən xəbər verir ki, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, S. Paşayev buna qədər "Rcom” şirkətinin baş direktoru vəzifəsini tutub.

Xatırladaq ki, bu təyinata qədər "Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M. Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən "Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər