Azərbaycanda bu məktəb biabırçı gündədir – FOTO

Azərbaycanda bu məktəb biabırçı gündədir – FOTO
Sosial 876
Cəlilabad rayonunda orta məktəb biabırçı gündədir.BAKU.WS xəbər verir ki, bu barədə tanınmış jurnalist Niyaz Niftiyev məlumat yayıb.Onun saytımıza verdiyi məlumata gör, şəhid Elxan Fətiyev adına Təzəkənd kənd orta məktəbi acınacaqlı durumdadır.“Kənddə ilk ibtidai sinif 1937-ci ildə açılıb. 1957-ci ildə 8 illik, 1986-cı ildə isə hazırda haqqında bəhs etdiyim 11 illik orta məktəb istifadəyə verilib. Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun üstündə yerləşən məktəb istifadəyə veriləndən sonra heç zaman əsaslı və ya cari təmir olunmayıb”.Qeyd edək ki, əhalisinin sayı 3500 nəfərə yaxın olan Təzəkənd kənd məktəbi artıq bir neçə ildir bərbad vəziyyətdədir.İkimərtəbəli təhsil müəssisəsinin damı uçub, divarları, tavanı dağılıb, taxta pəncərələr sıradan çıxıb, şüşələri qırılıb, elektrik sistemi ümumiyyətlə yox səviyyəsindədir.Və belə bir şəraitdə böyük bir kəndin uşaqları dərs keçmək, müəllimləri isə dərs vermək məcburiyyətindədirlər.Ziya SƏCCADBAKU.WS

Son xəbərlər