Azərbaycanda aprel ayında qeyri-iş günü açıqlandı (RƏSMİ)
27
mar
2018
09:23
Azərbaycan prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək.BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.O bildirib ki, Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Milli Məclisin deputatlarının, Prezidentin, bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Qeyd edək ki, aprelin 11-i həftənin 3-cü günüdür. Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
8 gün iş olmayacaq
Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.APA-nın məlumatına görə, 8 Mart - Qadınlar günü iş günü hesab edilmir.Nazirlər Kabinetinin “2018-ci...