Azərbaycanda 27 kəndin adı dəyişəcək

Azərbaycanda 27 kəndin adı dəyişəcək
Sosial 4578
Milli Məclis yanında Toponimiya Komissiyasının növbəti iclası keçirilib. BAKU.WS-in məlumatına görə, komissiyanın sədri İsa Həbibbəyli bildirib ki, ölkənin 1 şəhərindən və 14 rayonundan bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyətlərinin müraciətləri Toponimiya Komissiyasına daxil olub.O qeyd edib ki, həmin müraciətlərdə, həmçinin addəyişmə məsələsi ilə bağlı yerli əhalinin keçirdiyi yığıncaqların protokollarında bu komissiyadan ümumilikdə 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsi təklifinə rəy verilməsi xahiş olunur: “Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsi və inkişafına, saflaşdırılması və zənginləşdirilməsinə göstərilən dövlət qayğısından söz açan İsa Həbibbəyli ölkəmizdə bu istiqamətdə müxtəlif qurumlarda görülən işlərdən bəhs etdi. Bildirdi ki, yer adları ya tarixi adın, ya da yerli toponimin bərpası prinsipi ilə dəyişdirilə bilər”.Sonra iclasda Yevlax şəhərindəki, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Masallı, Oğuz, Saatlı, Samux və Şəmkir rayonlarındakı bəzi yaşayış məntəqələrinin adının dəyişdirilməsinə dair təkliflərə baxılıb. Müzakirələrdə dilçi alimlər, Toponimiya Komissiyasının üzvləri, deputatlar ətraflı fikir mübadiləsi aparıblar. Əsasən çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində dəyişdirilmiş yer adlarının əvvəlki tarixi adlarla əvəzlənməsi, həmçinin XX əsrdə sovet ideologiyasının daşıyıcısı olan şəxslərin adları ilə adlandırılmış məntəqələrin yerli toponimlərlə adlandırılması məqsədəuyğun sayılıb. Bir təklif yenidən baxılmaq üçün müvafiq icra hakimiyyətinə qaytarılıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər