Əfv Komissiyasının növbəti iclası keçirilib
10
mar
2017
18:52
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya açıqlamasında iclasda 120 müraciətə baxıldığını bildirib.
O, indiyədək keçirilən iclaslarda ümumilikdə 850-yə yaxın müraciətə baxıldığını deyib.
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Əfv komissiyasının iclası keçirilib: 100-dən çox müraciətə baxılıb
Bu gün, martın 6-da Prezident yanında Əfv Məsələləri Komissiyası məhbusların müraciətlərini araşdırmağı davam etdirib. "Turan” Agentliyinin xəbərinə görə, icla...