Mehriban Əliyevanın deputat mandatı ləğv olundu
 
                            
                            
                                06
                                mar
                            
                                2017
                                16:12
                            
                            Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar Milli Məclisin deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva deputatlıq mandatını təhvil verir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva deputat mandatını təhvil verəcək. BAKU.WS "azvision.az” saytına is...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    