“Azəriqaz” jurnalistin müraciətini araşdırdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Jurnalist Əziz Əlibəyli yaşadığı ərazidə qaz təchizatının normal olmadığı barədə bu gün mətbuat səhifələrində açıqlama ilə çıxış edib. Bu müraciət araşdırılarkən məlum olub ki, problem yalnız onun yaşadığı fərdi yaşayış evi ilə bağlı olub”.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, Bakı Regional Qaz İstismarı Departamentinin əməkdaşları mövcud problemin araşdırılmasına dair video material hazırlayıb:
“Lakin Ə. Əlibəyli evdə olmadığını bildirib və buna görə qazın təzyiqinə dair video çəkiliş onun qonşusunun evində aparılıb.
Bütün abonentlərimizdən xahiş edirik ki, qaz təchizatı ilə bağlı qarşılaşdıqları problemləri 104/185 Çağrı Mərkəzi nə bildirsinlər. Bundan başqa, 077 3104104 saylı "Whatsapp" nömrəsinə də göndərə bilərlər”.
Oxşar xəbərlər
Azərbaycanda hava pisləşir – Dövlət qurumları hərəkətə keçdi
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Azərbaycanda bu seçkilərə maraq böyükdür. Xeyli sayda namizəd qeydə alındığı üçün səsv...