Azərbaycanın sığorta bazarı 11%-dən çox böyüyüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-may aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 355,9 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 136,8 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 45,9% çoxdur.
2020-cu ilin yanvar-may aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-may aylarında bu göstərici 29,3 manat olub.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...