Azərbaycanın bu rayonunda 9,7 milyon manata xəstəxana tikilir
Cəlilabad Rayonunun Göytəpə şəhərində 60 çarpayılıq yeni xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davam etdirilməsi planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən tender elan edilib.
Rəsmi sənədlərə əsasən, layihənin icrasının ikinci mərhələsi çərçivəsində tikinti işlərinin davam etdirilməsi və tibb müəssisəsinin müasir avadanlıqlarla təmin olunması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi üçün təxminən 9,7 milyon manat vəsait ayrılması planlaşdırılır.
Qeyd edək ki, Göytəpə şəhərində yeni xəstəxananın tikintisi bölgədə tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və əhalinin daha müasir səhiyyə imkanlarına çıxış əldə etməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür. 2020-ci il...