Azərbaycanda Yeni illə bağlı ardıcıl yeddi gün iş olmayacaq
28
noy
2024
12:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, dəyişiklərdən sonra Azərbaycanda 1 həftə ardıcıl (30 dekabr - 6 yanvar) iş olmayacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...