Yaxın üç günün hava proqnozu - Hava yenidən soyuyur?
Yeniliklərdən dərhal xəbərdar olun
"Ayın 18-i, 19-u və 20-də ölkə ərzisində havanın sabit, əsasən yağmursz keçəcəyi gözlənilir. Hava şəraitində ciddi dəyişiklik gözlənilmir".
Bu barədə BAKU.WS-ə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, sabah gün ərzində şimal atmosfer təzyiqi yüksəlməsi planında şimal-qərb küləyinin güclənməsi gözlənilir:
"Sabah gün ərzində şimal-qərb küləyi əsəcək. Lakin sonrakı günlərdə ayın 18-19-da bölgələrdə də şimal-qərb küləyinin güclənməsi gözlənilir. Lakin yağmursuz hava şəraiti olacaq. Hava şəraiti ilə bağlı ciddi dəyişiklik olarsa bu haqda məlumat verəcəyik. 17-si axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı ehtimal olunur".
Oxşar xəbərlər
Gülşad Məmmədova: "Külək axşam saatlarında zəifləyəcək, yağıntı kəsiləcək"
Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli axşam saatlarında tədricən zəifləyəcək. BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna c...