Gülşad Məmmədova: "Külək axşam saatlarında zəifləyəcək, yağıntı kəsiləcək"
17
noy
2023
15:46
Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli axşam saatlarında tədricən zəifləyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, sabah gün ərzində mülayim, cənub küləyi əsəcək.
G.Məmmədova bildirib ki, bölgələrdə və paytaxtda bu gün qeyri-sabit yağıntılı hava şəraiti müşahidə olunub: "Axşam saatlarında yağıntı tədricən kəsiləcək".
Oxşar xəbərlər
Bayram günlərində hava necə olacaq?
Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...