Əhalinin NƏZƏRİNƏ! İstirahət günlərində...

Əhalinin NƏZƏRİNƏ! İstirahət günlərində...
Sosial 2749

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Samur–Yalama milli parkında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Aprelin 8-də axşamdan tədricən kəsiləcək, 9-da əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 12-16° isti olacaq.

Altıağac milli parkında az yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq.Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-14° isti olacaq.

Ağgöl milli parkında hava şəraitinin sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq.Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

Göygöl milli parkında havanın yağıntılı olacağı gözlənilir. Aprelin 8-də axşam, 9-da əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti olacaq.

Şirvan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Lakin Aprelin 8-də gündüz az çiskinli olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 18-20° isti olacaq.

Hirkan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

Oxşar xəbərlər

Növbəti üç gündə rayonlarda hava necə olacaq?

Növbəti üç gündə rayonlarda hava necə olacaq?

Bayram günlərində rayonlarda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Qəbələ rayonunda bəzi yerlərdə az ya...

53 Sosial 12:27 21 mart 2023

Son xəbərlər