Azərbaycanda universitet binasının təmirinə 26 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2-ci korpusun təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 26 milyon 36 min manat təşkil edir.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində sözügedən korpusda əsaslı təmir və gücləndirmə işlərinin görülməsi nəzərdə tutulur.
Buraya torpaq və qazıntı işləri, hidroizolyasiya, drenaj sisteminin qurulması, dəmir-beton konstruksiyalarının möhkəmləndirilməsi, eləcə də binanın digər əsaslı təmir işləri daxildir.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...