Azərbaycanda üç reabilitasiya mərkəzi TƏMİR OLUNACAQ
Azərbaycanda bir neçə reabilitasiya mərkəzinin inzibati binalarında cari təmir işləri aparılacaq.
BAKU.WS-in məlumtına görə, bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən satınalma müsabiqəsi elan olunub.
Satınalma Lənkəran, Yevlax və Naftalan reabilitasiya mərkəzlərinin inzibati binalarında həyata keçiriləcək cari təmir işlərini əhatə edir.
Qeyd edək ki, adıçəkilən reabilitasiya mərkəzləri ölkənin müxtəlif bölgələrində sosial reabilitasiya xidmətləri göstərən əsas müəssisələr sırasındadır və bu təmir işləri onların fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib.
Oxşar xəbərlər
Bakıda ən çox bina bu rayonda söküləcək - YENİ AÇIQLAMA
Bakı şəhərinin Baş Planı 30 dekabr 2023-cü il tarixli Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiqlənib. BAKU.WS-in məlumatına görə, planda yaşayış fondu...