Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı kəskin artıb
Bu ilin yanvar-may aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 691 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98,6 % çoxdur.
Təkcə mayda isə 288 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur.
Ötən il dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar?
Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan...