Azərbaycanda saxta nömrələr açıq satışda - GİZLİ YAZIŞMALAR
Azərbaycanda saxta mobil nömrələrin satışı ilə bağlı yeni fakt ortaya çıxıb. Sosial şəbəkələrdə dələduzların mobil nömrələri cəmi 10 AZN-ə satdığı məlum olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, satıcı ilə aparılan yazışmalarda həmin nömrələrin "saxta" olduğu açıq şəkildə etiraf edilir. Satan şəxs bildirir ki, nömrələr real operator nömrəsi deyil, saxta üsullarla yaradılıb.
Mesajlarda qeyd olunur ki, alıcıya nömrə və kod təqdim olunur, bu kod vasitəsilə "WhatsApp" və digər tətbiqlərə giriş etmək mümkün olur.
Qeyd edək ki, bu cür nömrələr kibercinayətkarların istifadə etdiyi əsas vasitələrdən biridir. Saxta nömrələr vasitəsilə dələduzluq, fırıldaqçılıq və qanunsuz əməliyyatlar həyata keçirilir. Qanunvericiliyə görə, belə saxta nömrələrin istifadəsi və satışı qanunsuzdur və məsuliyyət yaradır. Ucuz qiymətə "xüsusi" və ya "saxta" nömrələr almaq risklidir. Bu cür nömrələrdən istifadə edərək edilən cinayət əməllərinə görə alıcı da məsuliyyət daşıya bilər.
Qalereya
Orxan Hüseyn
Oxşar xəbərlər
Bu bürclərə hamının yazığı gəlir
Astrologiya mütəxəssislərinin fikrincə, bəzi bürclər həssas və empatik xarakterləri ilə seçildikləri üçün ətrafdakılarda onlara qarşı yazıq hissi oyadır. BAKU.W...