Azərbaycanda qatarla səfər edənlər bonuslar əldə edəcəklər

Azərbaycanda qatarla səfər edənlər bonuslar əldə edəcəklər
Sosial 98

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşımada ilk dəfə loyallıq proqramını həyata keçirməyi planlaşdırır.

BAKU.WS xəbər verir ki, bunu "Report"a ADY-nin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, layihənin reallaşdırılmasına yaxın zamanlarda başlanılacaq: "Aviadaşımalarda tətbiq olunan "Miles" proqramına uyğun olaraq qatarlarda gedişlərin sayına görə sərnişinlər bonuslar əldə edəcəklər".

R.Rüstəmov vurğulayıb ki, loyallıq proqramı ADY-nin mobil tətbiqinə əlavə ediləcək: "Bununla yanaşı, mobil tətbiqə bir sıra yeni funksiyaların əlavə edilməsi gözlənilir".

Xatırladaq ki, ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.

Ölkədə dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında 4 milyon 524,2 min sərnişin daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.

ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşıyıb.

Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

96 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər