Azərbaycanda qadınları SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda uşaq sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması reallaşa bilər.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov danışıb.
Onun fikrincə, üç uşaq böyüdən analara erkən pensiyaya çıxmaq imkanı tanınmalıdır.
Deputat qeyd edib ki, bu təcrübə bir sıra xarici ölkələrdə də mövcuddur və Azərbaycanda da tətbiq olunarsa, çoxuşaqlı anaların sosial rifahının güclənməsinə töhfə verə bilər. O, bu addımın həm sosial ədalətin təmin olunması, həm də ailə institutunun dəstəklənməsi baxımından vacib olduğunu vurğulayıb.
Hazırda ölkədə kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64-dür. Növbəti ildən qadınların da pensiya yaşı 65-ə çatacaq. Bu kontekstdə millət vəkili pensiya sistemində analara yönəlik güzəştlərin nəzərdən keçirilməsinin vaxtının çatdığını bildirib.
Oxşar xəbərlər
Nə market qalıb, nə işçi, amma cərimə gəlir
2015-ci ildə fəaliyyətini dayandıran obyektə 11 ildən sonra 1 000 manat cərimə tətbiq olunub. Bu obyekt Sumqayıt şəhəri, Koroğlu prospekti, 746 ünvanında yerləş...