Azərbaycanda məktəblərlə bağlı SEVİNDİRİCİ XƏBƏR

Azərbaycanda məktəblərlə bağlı SEVİNDİRİCİ XƏBƏR
Sosial 10

Azərbaycanda bir sıra ümumtəhsil müəssisələrində təmir və abadlıq işlərinin aparılması planlaşdırılır.

BAKU.WS-in məlumatına görə, bu məqsədlə 4 milyon 14 min 203,39 manat vəsait nəzərdə tutulub.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən görüləcək işlər çərçivəsində məktəblərin həm bina və qurğularının təmiri, həm də ətraf ərazilərin abadlaşdırılması həyata keçiriləcək. Kommunal-kommunikasiya sistemlərinin yaxşılaşdırılması da işlərin əsas istiqamətlərindən olacaq.

Məlumata görə, işlərin əsas məqsədi məktəblərin texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükəsiz və daha əlverişli təhsil mühitinin yaradılmasıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər