Azərbaycanda makaronlarla bağlı VACİB AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
AQTA-dan BAKU.WS-ə daxil olan məlumata əsasən, bəzi xəbər saytlarında "Barilla" əmtəə nişanlı "İntegrale Vollkorn Penne Rigate" tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.
Agentlik bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası Azərbaycana idxal olunmayıb:
"Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycana gətirilən "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır".
Oxşar xəbərlər
Güclü sel Laza kəndinə gedən yolu yararsız hala saldı
Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları nəticəsində yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan dəyib. BAKU.WS AZƏRTAC-a...