Azərbaycanda koronavirusa yoluxanların sayı 200-ə endi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8 383 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 924 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 337, bu günə qədər isə ümumilikdə 5 883 101 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda daha 10 nəfər COVİD-dən vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanın...
