Azərbaycanda komendant saatı başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında komendant saatı başlayıb.
BAKU.WS-in məlumatına görə, komendant saatı bu gün saat 21:00-dan 29 sentyabr saat 06:00-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.
Oxşar xəbərlər
Hərbi vəziyyət elan olunandan sonra Bakı metrosu necə işləyəcək?
Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmasına baxmayaraq “Bakı Metropoliteni” QSC adi rejimdə fəaliyyət göstərəcək. BAKU.WS “Report”a istinadla xəbər ver...