Azərbaycanda bu məhsullar bahalaşdı - SƏBƏB NƏDİR? - AÇIQLAMA
Statistika göstərir ki, gigiyenik məhsulların qiyməti hər il orta hesabla 10-15 faiz artır. Gigiyenik salfetlər diş məcunu sabun və yuyucu tozlar qiyməti artan məsullar kateqoriyasındadır. Bu məhsullar gündəlik həyatımızın hissəsi olduğundan qiymət artımı da narahatlıq yaradır. Bəs görəsən bu bahalaşmaya səbəb nədir?
BAKU.WS xəbər verir ki, iqtisadçı Xalid Kərimli bahalaşmanı idxalla o cümlədən benzin və dizelin bahalaşması ilə əlaqələndirib. O bu barədə "Xəbərin olsun" verilişinə açıqlamasında bildirib:
"Azərbaycanda gigiyena məhsulları bazarı idxaldan asıldır. Yerli istehsal yoxdur. Olan istehsal isə sadəcə qablaşdırma ilə məşğuldur. İdxal məhsulalrının qiyməti bahalaşdıqca qiymət artımı da qaçınılmaz olur. Benzin və dizelin də bahalaşması bütün iqtisadiyyatda bahalaşma təsir edir. Daşıma xərcləri artır. Bu da qiymət artımına səbəb olur".
Ekspert bildirib ki, alıcılar bu cür məhsulları xarici ölkələrdən də sifariş edə bilərlər.
Ətraflı videoda:
Oxşar xəbərlər
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
"Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib. "Report"un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində...