Azərbaycanda bu məhkəmə binaları TƏMİR OLUNACAQ

Azərbaycanda bu məhkəmə binaları TƏMİR OLUNACAQ
Sosial 59

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmələrin inzibati binalarında cari təmir işləri aparacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, layihə çərçivəsində bir neçə məhkəmə binasında təmir işlərinin görülməsi planlaşdırılır.

Layihəyə əsasən, əsasən dam örtüyünün yenilənməsi, köhnə konstruksiyaların sökülməsi və yeni örtüklərin quraşdırılması nəzərdə tutulur.

Xızı Rayon Məhkəməsi, Şirvan inzibati Məhkəməsi və Balakən Rayon Məhkəməsini əhatə edəcək işlərə sərf olunacaq məbləğ 341 min manatdan bir qədər çox olacaq.

Qeyd edək ki, bu cür təmir işlərinin məqsədi məhkəmə binalarının texniki vəziyyətini yaxşılaşdırmaq, təhlükəsizliyi artırmaq və iş şəraitini daha da optimallaşdırmaqdır.

Son xəbərlər