Azərbaycanda balıqlarla bağlı YENİLİK - Gələn ildən...
"2026–2028-ci illər üçün əsas hədəflər və planlaşdırılan tədbirlər çərçivəsində isə mövcud balıqartırma müəssisələrinin istehsal gücünün artırılması nəzərdə tutulur".
BAKU.WS xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.
Ceyhun Əliyev əlavə edib ki, planlanan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının 1 milyon ədədə çatdırılması hədəflənir:
"Həmçinin proqnoz göstəricilərinə əsasən, gələn il 1 milyon ədəd kütüm (Rutilus kutum), 2 000 000 ədəd çəkikimilər (Cypriniformes) buraxılışı nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, Mərkəz yaranmamışdan əvvəl 2025-ci il üçün müəyyən olunmuş kvota Xəzər dənizinə 27 min 850 ton təşkil etmiş, bunun 12 min 951 tonu istifadə olunmuşdur. Daxili sular üçün ümumi kvota miqdarı 160 ton, istifadə olunmuş miqdar isə 90 tondur.
2025-ci il yanvar ayı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən 216 nəfərə, daha sonrakı dövrdə Kənd Təsərrüfatı Nazirliyinin "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs tərəfindən isə 15 nəfərə balıqovlama bileti verilib".
Oxşar xəbərlər
Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib
Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qa...