Azərbaycanda avqustda 39 kiberhücum indikatoru bloklanıb
Bu ilin avqust ayında Azərbaycanda 39 kiberhücum indikatoru müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.
Bildirilir ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT ("Advanced Persistent Threat") kiberhücumların qarşısı alınıb.
Ötən ay "AzStateNet" şəbəkəsi üzrə 31 milyon 759 min 074 zərərli keçid, "Sandbox" mühafizə sistemi vasitəsilə 8 408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2 milyon 850 min 500 zərərli fəaliyyət bloklanıb.
Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanıb.
Oxşar xəbərlər
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - ŞƏRTLƏR
Azərbaycanda əhalinin banklara istehlak krediti borcu 10 milyard manata yaxındır. Bir çoxları krediti həqiqi ehtiyac üçün götürdüyü halda, bəziləri çox da gərək...