Azərbaycanda alkoqola ən çox pulu bu bölgə xərcləyib - SİYAHI
Azərbaycanda 2026-cı ilin ilk rübündə əhalinin alkoqollu içkilərə ay ərzində adambaşına orta hesabla 2,35 manat pul xərcləyib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qurumun ev təsərrüfatlarının tədqiqatının yekun nəticələrinə əsasən təqdim etdiyi məlumata görə, şəhər yerlərində alkoqollu içkilərə çəkilən aylıq xərc adambaşına 2,47 manat, kənd yerlərində isə 2,22 manat təşkil edib.
İqtisadi rayonlar üzrə göstəricilər belədir:
Qazax-Tovuz - 3,9 manat (ən yüksək göstərici)
Gəncə-Daşkəsən - 2,5 manat
Abşeron-Xızı - 2,5 manat
Bakı - 2,5 manat
Mərkəzi Aran - 2,5 manat
Şəki-Zaqatala - 2,6 manat
Naxçıvan - 2,4 manat
Qarabağ - 2,4 manat
Mil-Muğan - 2,2 manat
Şərqi Zəngəzur - 2,2 manat
Quba-Xaçmaz - 2,0 manat
Lənkəran-Astara - 1,4 manat (ən aşağı göstərici)
Şirvan-Salyan - 1,5 manat
Dağlıq Şirvan - 1,6 manat
Beləliklə, ən yüksək göstərici Qazax-Tovuzda (3,9 manat), ən aşağı göstərici isə Lənkəran-Astarada (1,4 manat) qeydə alınıb.11:04
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda "İstilik qurğularının texniki istismar Qaydaları" təsdiqlənib
Energetika Nazirliyinin Kollegiyası "İstilik qurğularının texniki istismar Qaydaları"nı təsdiqləyib. BAKU.WS xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri, n...