Azərbaycan teleməkanında İLK
Yeniliklərdən dərhal xəbərdar olun
SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanan ianə başa çatıb.
BAKU.WS xəbər verir ki, efirdə yekun məbləğin tamamlanması üçün 10 min manatın qaldığını bildirən aparıcı Zaur Baxşəliyev bir anda sevinc göz yaşına boğulub.
Belə ki, ATV telekanalının kollektivi 1 yaşlı Amir üçün 10 min azn köçürərək məbləği bağlayıb.
Qeyd edək ki, ATV telekanalında aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amirin sağalması üçün “Zolgensma” iynəsi lazım idi və bu iynənin qiyməti 3 milyon 672 min manatdır.
Oxşar xəbərlər
Hər kəsin gözlədiyi xəbər - Amir üçün 3.500.000 manat
SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanan ianə 3 milyon 500 min manata çatıb. BAKU.WS xəbər verir ki, Amirin sağalması üçün ona vurulma...