Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? – REPORTAJ - VİDEO

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? – REPORTAJ - VİDEO
Video
Video 3260
Yeni dərs ili ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.BAKU.WS xəbər verir ki, yarmarkalar əsasən insanların sıx toplaşdığı ərazilərdə, metro çıxışlarının qarşısında təşkil edilib.

Qeyd edək ki, “28 May”, “Memar Əcəmi”,“İnşaatçılar”, “Nərimanov”, “Gənclik” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir. BAKU.WS olaraq bir neçə yarmarkaya baş çəkdik. Çəkiliş apardığımız müddətdə yarmarkaya böyük maraq olduğunu gördük.

Yarmarkalardakı satış, məktəbli ləvazimatları və dərsliklərin qiymətləri ilə maraqlanaraq, məktəbli səbətinin dəyərini müəyyənləşdirməyə çalışdıq.

Yarmarkada şagird üçün lazım olan lavazımatların qiymətini təqdim edirik: Sadə karandaş – 0,15 AZN Məktəbli çantası – 8 manatdan 50 manata qədər Qələm – 0,15 Azn – 1 AZN Pozan – 0,10 AZN 12 vərəq dəftər – 0,15 AZN 40 vərəq dəftər – 0,30 AZN 100 vərəq dəftər – 0,80 AZN Rəngli karandaş – 1 – 5 AZN Qələm yonan – 0,20 AZN Xətkeş – 0,30 AZN – 5 AZN Yapışdırıcı - 0,6 - 1 AZN Sirkul - 1,5 – 5 AZN Qayçı – 1 – 2 AZN Papka – 0,40 – 1 AZN Penal – 1,30 – 10 AZN Plastilin - 1 - 10 AZN Albom – 0,50 – 3 AZN Gündlik – 1,50 – 4 AZN Su qabı – 4 – 6 AZN Yazı lövhəsi - 20 - 100 AZN

Bundan başqa, yarmarkalarda kitab və metodiki vəsaitlər də satılır.

I siniflər üçün riyaziyyatdan 3000 misal kitabı 1,60 manat. “Azərbaycan dili” - 5 manat. “Azərbaycan dili” iş dəftəri - 5 manat “Azərbaycan dili” yazı dəftəri 4 manat. “Riyaziyyat” iş dəftəri 4,50 manat. “Ana dili“” qiymətləndirmə 3 manat. “Uçmaza” riyaziyyat 2 manat. Məktəbəqədər hazırlıq üçün əlifba 4 manat. “Azbuka” 2 manat təşkil edir.

Qeyd edək ki, yarmarkalarda məktəbli formaları satılmır. Valideynlər bazarda Türkiyədən və Çindən gətirilən məktəbli geyimləri ilə yanaşı, Bakı Tikiş Evinin (BTE) istehsal etdiyiı məktəbli formalarını ala bilərlər. Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət verilir. Bəs övladı məktəbə gedən valideynlər üçün nə qədər xərc lazımdır. Bunun üçün ən ucuz mətkəbli lavazımatları ilə birlikdə hesablama aparaq. Həmin hesablamanı cədvəl şəklində təqdim edirik:
MALIN ADIMALIN QİYMƏTİƏLAVƏ XƏRCLƏR
Sadə qələm0,15 AZN10 ədəd – 1,5 AZN
Məktəbli çantası8 AZN1 ədəd – 8 AZN
Qələm0,15 AZN10 ədəd – 1,5 AZN
Pozan0,10 AZN2 ədəd – 0,20 AZN
12 vərəq dəftər0,15 AZN20 ədəd - 3 AZN
40 vərəq dəftər0,30 AZN10 ədəd – 3 AZN
100 vərəq dəftər0,80 AZN5 ədəd – 4 AZN
Rəngli qələm1 AZN2 qutu – 2 AZN
Qələm yonan 0,20 AZN2 ədəd – 0,40 AZN
Xətkeş0,30 AZN2 ədəd - 0,60 AZN
Yapışqan0,60 AZN2 ədad – 1,20 AZN
Gündəlik1,50 AZN1 ədad - 1,50 AZN
Penal1,30 AZN1 ədad – 1,30 AZN
Plastilin1 AZN2 qutu – 2 AZN
Albom0,50 AZN2 ədad – 1 AZN
Su qabı4 AZN1 ədad – 4 AZN
Məktəbli forması46 AZN1 ədad - 46 AZN
Məktəbli jileti8 AZN1 ədad – 8 AZN
Məktəbli köynəyi8 AZN1 ədəd – 8 AZN
Cəmi xərclər97,20 AZN
Cədvəldən də göründüyü kimi ibtidai sinifə gedən 1 şagird üçün azı 97 manat pul lazımdır. Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Valideynlərin nəzərinə! Məktəbli formalarının qiymətləri AÇIQLANDI

Valideynlərin nəzərinə! Məktəbli formalarının qiymətləri AÇIQLANDI

“Məktəbli formasının qiymətlərində heç bir dəyişiklik yoxdur və qiymət artımı da nəzərdə tutulmayıb”.Bunu “Report”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış...

5208 Sosial 12:17 24 avqust 2018

Son xəbərlər