Bakıda məktəbli yarmarkaları açılır

Bakıda məktəbli yarmarkaları açılır
Sosial 1342
Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni dərs ili ilə bağlı paytaxtda məktəbli yarmarkalarının təşkilinə başlayıb.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat katibi Əlabbas Bağırov məlumat verib.Qurum rəsmisi bildirib ki, yarmarkalara avqustun 25-dən start veriləcək: "Yarmarkalar metronun "Elmlər Akademiyası", "28 May", "İnşaatçılar", " Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarının qarşısında keçiriləcək. Artıq yarmarkaların keçiriləcəyi çadırların quraşdırılmasına start verilib. Yaxın günlərdə hazırlıq işləri tamamlanacaq."Ə.Bağırov qeyd edib ki, yarmarkalar sentyabrın 25-dək davam edəcək. Burada satılan məktəbli ləvazimatı bazar qiymətlərindən aşağı olacaq.BAKU.WS

Oxşar xəbərlər

Məktəbli formaları: Valideynlər necə aldadılır? - VİDEO

Məktəbli formaları: Valideynlər necə aldadılır? - VİDEO

Dərslərin başlanmasına bir ay vaxt qalmış yenə saxta məktəbli formaları gündəmdir. BAKU.WS Xəzər TV-yə isitinadən bildirir ki, satışda məktəbli formalarını haz...

1634 Sosial 22:52 18 avqust 2017

Son xəbərlər