Bakıda ucuz məktəbli yarmarkaları açılır – ÜNVANLAR (VİDEO)

Bakıda ucuz məktəbli yarmarkaları açılır – ÜNVANLAR (VİDEO)
Video
Sosial 1695
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırır. BAKU.WS-in məlumatına görə, Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov Xəzər TV-yə bildirib ki, məktəbli yarmarkaları sentyabrın 20-dək işləyəcək. Lakin ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər. Məktəbli yarmarkaları metronun 28 may stansiyasından başqa Elmlər Akademiyası, "İnşaatçılar”, Nəriman Nərimanov "Koroğlu” və "Neftçilər” stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. Bu ərazilərdə yarmarkalar üçün çadırlar qurulacaq.

Məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq. Yarmarkaların açılmasında məqsəd həmçinin pərakəndə satışın qarşısı almaqdır. Ticarət Departamentinin əməkdaşlar tərəfindən ciddi nəzarət olunacaq ki, yarmarkalarda süni qiymət artımı olmasın.

BAKU.WS

Oxşar xəbərlər

Məktəbli geyimlərinin qiyməti ilə bağlı – AÇIQLAMA

Məktəbli geyimlərinin qiyməti ilə bağlı – AÇIQLAMA

Vahid məktəbli geyimlərinin qiyməti ilə bağlı Bakı Tikiş Evi ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov açıqlama edib. BAKU.WS-in teleqraf.com-a istinadən xə...

1637 Sosial 16:59 10 avqust 2017

Son xəbərlər