Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib
Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.
BAKU.WS xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.
Mədəniyyət Nazirliyindən faktı "Report"a təsdiq ediblər.
Qeyd edək ki, Ülviyyə Bəbirova 2007-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakultəsini, 2010-cu ildə isə Bakı Musiqi Akademiyasının magistr pilləsini bitirib.
2014-cü ildə "Müasir Azərbaycan kino musiqisinin milli xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusu üzrə müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
O, "İrəli" İctimai Birliyində Mədəniyyət Mərkəzinin və "Azərbaycan Könüllülər" İctimai Birliyinin Mədəniyyət Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Pensiyaların verilməsi ilə bağlı əhaliyə ŞAD XƏBƏR
Azərbaycanda pensiya ödənişlərinin paytaxt və regionlar üzrə fərqli tarixlərdə həyata keçirilməsi yenidən müzakirə mövzusuna çevrilib. BAKU.WS-in məlumatına gö...