AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib

AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib
Sosial 310

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib:

• Bakı-Lahor-Bakı

J2 145/146

• Bakı-Mumbai-Bakı

J2 059/060

• Bakı-Dammam-Bakı

J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

*** 09:04

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, "Azərbaycan Hava Yolları" aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib.

Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən

Bakı – Təl-Əviv – Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

Bakı – Dubay – Bakı

J2 011/012 (13 iyun)

Bakı – Tehran – Bakı

J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib

Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Oxşar xəbərlər

Son xəbərlər