AYNA: 525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur
Yanvarın 7-dən Masazır qəsəbəsini Bakı metrosunun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 CNG texnologiyası ilə təchiz edilən "King Long" markalı avtobus cəlb ediləcək.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Marşrut üzrə 25 avtobus 6-7 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
Qeyd edək ki, daşıyıcı tərəfindən marşrut üzrə avtobuların bir qismi 2025-ci ildə yenilənib. Hazırda isə yeni alınan və sərnişin tutumu yüksək olan nəqliyyat vasitələri xətt üzrə istismara buraxılır.
Bildirilir ki, yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək.
Oxşar xəbərlər
Xırdalanda nəqliyyat xaosu: "Səhər 6-da yola çıxırlar, yenə gecikirlər"
Son dövrlərdə paytaxtda nəqliyyatın hərəkətində əhəmiyyətli dəyişikliklər edilib. Onlardan ən vacibi isə avtobus və mikromobillik zolaqlarının çəkilməsi olub....