Avtobuslar nə vaxt kondisioneri işə salacaq? - RƏSMİ CAVAB

May ayının sonudur. Artıq isti havalar müşahidə edilir. Temperaturun qalxması özü ilə bir sıra problemlər gətirir. Bunlardan biri də ictimai nəqliyyatdakı kondisioner problemidir.
Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına görə, sabah Bakıda və Abşeronda havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti olacaq.
Lakin havanın isti keçməsinə baxmayaraq, marşrutlarda hələ də sərinləndirmə sistemi işə salınmır.
Maraqlıdır, avtobuslarda kondisioner sistemi nə vaxt işə salınacaq? Bunun üçün mövsümün başlamasını gözləməlidirlər?
BAKU.WS xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya deyib ki, bununla bağlı daçıyıcılara tapşırıq verilib:
"Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib".
Oxşar xəbərlər
"Azercell"in müzakirələrə səbəb olan dəyişikliyi - Əslində nə baş verir?
"Müşahidələr göstərir ki, "Azercell" operatoru tərəfindən heç bir qiymət artımı baş verməyib. Sadəcə olaraq, yeni dəyişikliklərə əsasən, 1 manata 1 gün, 5 manat...
