Arif Babayevin səhhəti ilə bağlı açıqlama: "Ciddi bir müsbət dinamika qeyd olunmur"
"Arif Babayevin tənəffüsü mövcüd olsa da, təəssüf ki, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeyd olunmur".
Bu barədə BAKU.WS-ə Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev bildirib.
O qeyd edib ki, xanəndənin müalicəsi reanimasiyada davam etdirilir:
"Xəstə Arif Babayevin, eyni zamanda böyrək funksiyaları başda olamaqla, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzarə alınaraq xəstənin hər tərəfli kompleks müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".
Xatırladaq ki, Xalq artisti Arif Babayev iyulun 23-də kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı Mərkəzi Klinika Xəstəxanaya aparılıb.
Oxşar xəbərlər
İnsan ürəyi haqqında 5 maraqlı FAKT
Ürəyimiz sadəcə qan pompalayan orqan deyil, daha mürəkkəb və "ağıllı" struktura malikdir. Onun öz sinir sistemi var ki, ürəyin ritmini tənzimləyir və stress, fi...