AQTİ: Azərbaycanda 14 müəssisə "HALAL" sertifikatı almaq üçün müraciət edib

Bu günə qədər Azərbaycanda 14 müəssisə "HALAL" sertifikatı almaq üçün müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) məlumat yayıb.
Bu günə qədər "OIC/SMIIC-1:2019 Halal qidaya dair ümumi tələblər" standartı üzrə 4 müəssisəyə 5 istiqamət üzrə AQTİ-nin "HALAL" sertifikatı təqdim olunub.
Ümumilikdə isə 14 müəssisə sertifikat almaq üçün müraciət edib.
Qeyd edək ki, "HALAL" sertifikatlaşma - qida məhsullarının islam qaydalarına uyğun istehsalını təsdiqləyən xidmət növüdür. Sertifikat əldə etmək istəyən müəssisələr bir-neçə mərhələdən keçməlidir. "HALAL" sertifikatlaşma prosesi 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanlarla quşların kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda emal olunmuş ət məhsullarını əhatə edir. Tələblərə cavab verən müəssisəyə etibarlılıq müddəti 3 il olan "HALAL" uyğunluq sertifikatı təqdim edilir.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...
