AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi

AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi
Video
Sosial 42

Mediada "Alp Delux" şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən "Alp Delux" şadlıq evində Ədliyyə Nazirliyinin Dövlət Reyestrindən çıxarış əsasında aprelin 29-da plandankənar yoxlama keçirilib. Çıxarış şadlıq evinin səlahiyyətli şəxsinə təqdim edilib, daha sonra iaşə obyektinin nümayəndəsinin iştirakı ilə yoxlama aparılıb. Yoxlama müfəttişin yaxa kamerası ilə lentə alınıb.

"Mediada çıxış edərək yoxlamanın aparılmadığını iddia edən şadlıq evinin səlahiyyətli şəxsi özü də yoxlama zamanı şadlıq sarayında olub. Yoxlama zamanı soyuducu sahədə saxlanılan, görünüşü şübhə doğuran ət məhsullarından götürülmüş nümunələr laborator müayinəyə cəlb olunub və nəticədə ət nümunələrində at DNT-si müəyyən edilib. Bundan başqa, şadlıq evində bir sıra sanitar-gigiyenik nöqsanlar da aşkarlanıb.

Faktla bağlı şadlıq evinin rəhbərliyi barəsində səlahiyyətli nümayəndənin iştirakı ilə inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb və icrası məcburi göstərişlər verilib.

AQTA olaraq, ictimai iaşə obyektlərini qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və qanun pozuntularına qarşı tədbirlərin davam etdiriləcəyini bildiririk" - məlumatda bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər