Apteklərdə civəli termometrlər tapılmır - SƏBƏB?
Bir sıra apteklərdə civəli termometr tapmaq mümkün deyil. Əczaçılar deyirlər ki, xeyli vaxtdır satışda yalnız elektron termometrlərdir:
"İki aydır ki, civəli termometr yoxdur. Depoya gəlmir deyə apteklərdə də satılmır. Səbəbini bilmirik. Bu səbəbdən biz də elektron termometrləri məsləhət görürük".
Həkim Adil Qeybulla bunun səbəbini dərman bazarında sabitliyin pozulması ilə əlaqələndirib:
"Civəli termometrlər çox təhlükəlidir. Amma istənilən halda insanlar ona öyrəşiblər. Artıq tək termometrlərin yox, müəyyən dərmanların da bazardan yoxa çıxması bir ənənə halını alıb. Yəqin ki, bu da dərman bazarında sabitliyin pozulması ilə bağlıdır".
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, dərman və tibbi vasitələr ölkəyə müxtəlif idxalçı şirkətlər tərəfindən gətirilir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Aprelin 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə B...