ANS bağlandıqdan sonra AzTV-yə keçən əməkdaşlar – SİYAHI

26
dek
2016
14:11
Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.
Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AZTV-də işə götürüləcəyi bildirilir.
AZTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.
Oxşar xəbərlər
ANS-in məşhur aparıcısı AZTV-də (VİDEO)
ANS televiziyasının daha bir əməkdaşı yeni işə başlayıb. BAKU.WS-in məlumatına görə, "Xəbərçi" verilişinin aparıcısı olmuş Natavan Babayeva AZTV-də çalışmağa...
