ANAMA ilə GICHD arasında Anlaşma Memorandumu imzalanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) arasında "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təmin edilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Məlumata əsasən, sözügedən memorandumda ANAMA-nın potensialının gücləndirilməsi, strateji planlaşdırma və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməyə dəstək, birgə layihələrin həyata keçirilməsi, humanitar minatəmizləmə ilə ətraf mühit və iqlim dəyişikliyi arasında bağlantılar daxil olmaqla bilik və təcrübə mübadiləsi, informasiyanın idarə edilməsi, təlimlərin keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...