AMEA-nın şöbə müdiri: Toy, yas mərasimləri şan-şöhrət, özünü göstərmək üçün bir fürsətə çevrilib
Toy və yas mərasimlərində israfçılıq halları ideoloji fəsadlara yol aça bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri AMEA Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.
Onun sözlərinə görə, bu kimi məclislər artıq şan-şöhrət, özünü göstərmək və bəhsə girmək üçün bir fürsətə çevrilib.
"Dəqiq təhlil edəndə görünür ki, maarifləndirmə işlərinin qarşısına çıxan bəzi qüvvələr, tərəflər və maraqlar var", - o əlavə edib.
E. Mustafayev bu cür israfçılıq hallarının dini müstəvidə də yolverilməz olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi
Mövsüm başladı, qiymətlər artdı. BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, İsmayıllı rayonunda turizm mövsümünün başlaması ilə istirahət və xidmət sahəl...